Bu jurnalistlərin övladları tələbə adını qazandı: “Uşaqlarınızı onların dövrünə görə yetişdirin”


Dünən ali məktəblərə ixtisas seçimlərinin nəticəsi məlum oldu. Xeyli ailə övladlarının tələbə adını qazanmasını bayram etdi. Onların arasında jurnalistlər də uşaqları da var. 
 “Sherg.az” olaraq həmkarlarımızın sevincli günləri ilə bağlı təəssüratlarını öyrəndik. 

 “Strateq.az” saytının baş redaktoru Elxan Şükürlü oğlunun onun yolunu davam etdirəcəyini dedi: “Fransız yazıçısı Anatol Fransın çox sevdiyim bir fikri var:

“Ömür qısadır, lakin insan onu öz uşaqlarının ömründə yenidən yaşaya bilər”. Şeytanın silahıyla - koronavirusla vuruşduğumuz bir vaxtda, ümidlə gözlədiyimiz xəbər gəldi - oğlum Şükran Şükürlü 526 balla ADA Universitetinin "Kommunikasiya və rəqəmsal media" ixtisasına qəbul olub! Əminəm ki, azadlıqsevərlikdə və sözübütövlükdə özümdən önə keçməyi bacarmış bu gənc mənim zorən gəldiyim və 23 ildir içərisində olduğum media, informasiya sektorunu daha dərindən öyrənmək, yaxşı təhsil almaq imkanı əldə edərəkmölkəsinə, millətinə faydalı bir mütəxəssisə çevrilməyi də bacaracaq.
Fürsətdən istifadə edərək, Şükrana indiyədək dərs demiş bütün Müəllimlərə, xüsusən də "Hədəf" liseyinin kollektivinə dərin minnətdarlığımı bildirirəm. Dünyanın ən ədalətli və ən təqvalı insanlarından biri sayılan Həzrəti Əli tövsiyə edərdi ki, uşaqlarınızı öz dövrünüz üçün deyil, onların dövrünə görə yetişdirin. "Hədəf" liseyinin müəllim heyəti bunu bacarır...

Memarlıq və İnşaat Universitetinin Mətbuat Xidmətinin rəhbəri Nəcibə Mirzəyevanın oğlu tələbə adını qazanıb:

“Oğlum Fərid Məmmədov ali məktəbə qəbul olub. Çoox sevincli və qürurluyam. O, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olub. Qardaşından sonra bizə ikinci dəfə bu sevinci yaşatdı. Var ol, yolun həmişə belə işıqlı və aydın olsun!”.

 “AzNews” xəbər portalının baş redaktoru Taleh Şühsuvarlı qızının xarici dildə təhsil alacağını bildirdi:

“Mən məktəb görəndə özümdən asılı olmadan sevinən, fərəh hissi keçirən adamam. Dövlət İmtahan Mərkəzi  hər il qəbul imtahanlarının nəticələrini açıqlayanda tələbə adını qazanan gənclərimiz, onların valideynləri qədər sevinc içində oluram. Bu gün isə xüsusən xoşbəxtəm. Ona görə ki, DİM-in açıqladığı nəticələrə görə, tələbə adını qazananlar içərisində qızım da var. Nuray Şahsuvarlı ABŞ-ın Corciya Universiteti ilə birgə proqram əsasında ADNSU-nun İqtisadiyyat və Menecment fakültəsində, "menecment" ixtisası üzrə ingilis dilində təhsil alacaq. Tanrı bu cür xoşbəxt günləri bizim ailəmiz də daxil olmaqla millətimizə çox görməsin!”.

Jurnalist Alim Elbrusun qardaşı qızının timsalında tələbə adını qazanan bütün gəncləri təbrik etdi:

“Nəhayət, çəkilən əziyyətin nəticəsini gördük. Çox şükür, qara qızım istədiyi ixtisasa qəbul oldu! Azərbaycan Dillər Universitetinin tələbəsidir. Yorğun və yuxusuz gecələrin nəticəsində tələbə adını qazandı, qara qızım! Tələbə adını mübarək olsun, balam!”.

“Vətəninfo.az”-ın baş redaktoru Nahid Canbaxışlının qızı Fidan Canbaxışlı isə sevincini belə ifadə edib:

“Şükürlər olsun, qızım Fidan Bakı Slaviyan Univeristetinin İbtidai sinif müəlliməliyinə qəbul olunub. Çox xoşbəxt və sevincliyik”.

Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının üzvü Əvəz Rüstəmovun övladı ali məktəbə qəbul olub:

Jurnalist Əvəz Rüstəmovun da oğlu tələbə adını qazanıb:

 “Qismətimizə tələbə atası olmaq da yazılıbmış. Oğlum mənim 21 il əvvəl qapısını döydüyüm Bakı Dövlət Universitetinin tələbəsi oldu. Maraqlı, qürurlu, hədsiz sevincli hislər yaşayıram. Uca Tanrı hər kəsə gözəl qismətlər nəsib etsin. Övladı tələbə adını qazanan bütün dostları təbrik edir, balalara sağlam can, iti çalışmaq əzmi, bol-bol uğurlar arzulayıram”.