“İndi rəsmi Moskva özünə qarşı ən xırda tənqidi fikri belə qəbul edə bilmir”
Rusiyanın Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Federal Xidməti (“Roskomnadzor”) oxu.az saytını ölkə ərazisində bloklayıb. Xatırladaq ki,bundan öncə Rusiya ərazisində Haqqin.az və Minval.az media qurumlarına da giriş məhdudlaşdırılıb.
Məsələ ilə bağlı Ayna-Zerkalo” qəzetlərinin baş redaktoru Elçin Şıxlı “Sherg.az”a danışarkən bildirib ki, Rusiya Ukraynaya hücum etdiyi məntiqlə də bu saytları bloklayıb:
"Rəsmi Moskvanın bununla nə əldə etmək istədiyini başa düşmək olmur. Çünki istər Haqqın.az, istər Minval.az, istərsə də Oxu.az saytları Rusiya ictimai fikrinə heç bir təsir göstərə bilməz. Qərar məntiqsizdir".
E.Şıxlı diqqətə çatdırıb ki, indi rəsmi Moskva özünə qarşı ən xırda tənqidi fikri belə qəbul edə bilmir:
"Bu onun öz daxili işidir. Amma hər halda media qurumlarına qarşı belə münasibət heç də yaxşı hal deyil".