
Fransiskin siyasətində erməni amili nəzərə çarpırdı - Analitik
08:54 22.04.2025
Aktual
469
Yeni Papanın kim olmasından asılı olmayaraq, Bakı-Vatikan münasibətlərinin əvvəlki səviyyədə davam edəcəyi gözləntisi daha çoxdur
Roma Papası Fransisk vəfat edib. Roma Papası fevralın əvvəlindən yerləşdirildiyi xəstəxanada ikitərəfli pnevmoniyadan və digər infeksiyalardan müalicə alırdı. Müalicə dövründə onun səhhəti bir neçə dəfə pisləşsə də, daha sonradan vəziyyətinin stabil olduğu bildirilmişdi. Bir neçə gün əvvəl isə Fransisk ictimaiyyət arasında görülmüşdü. 88 yaşlı Papa 2013-cü ilin martından bu vəzifədə idi.
Qeyd edək ki, Roma Papası ötən gün dünyaya, eləcə də Bakı və İrəvana sülh çağırışı etmişdi. Məlumat üçün bildirək ki, Papa Fransisk (əsl adı Xorxe Mario Berqolyo) 17 dekabr 1936-cı ildə Argentinanın paytaxtı Buenos-Ayresdə anadan olub. O, italyan əsilli mühacir bir ailənin övladıdır. Gənclik illərində kimya mühəndisliyi üzrə təhsil alıb, lakin daha sonra dini həyata yönəlib. Papa Fransisk islahatçı mövqeyi, sosial ədalətə və yoxsul təbəqələrə xüsusi diqqəti, dinlərarası dialoqa verdiyi önəm və iqlim dəyişikliyi ilə mübarizəyə çağırışları ilə tanınıb. O, Katolik Kilsəsində sadəliyin və şəffaflığın gücləndirilməsini prioritet elan edib. Fransiskin ölümü Vatikanda və dünyada yeni Papanın kim olacağı sualını aktuallaşdırıb. Qaydalara görə, 252 kardinaldan yaşı 80-dən aşağı olan 137-si seçkilərdə iştirak etmək hüququna malikdir. 137 kardinaldan beşinin - Pietro Parolin, Luis Antonio Taqle, Peter Turkson, Peter Erdö, Mykola Bychok şansı daha yüksək qiymətləndirilir.

Siyasi şərhçi Asif Nərimanlı "Sherg.az"a deyib ki, Papa Fransisk Azərbaycan və Ermənistana münasibətdə balans saxlamağa çalışırdı. Lakin ekspert vurğulayıb ki, xristianlıq amili və onun argentinalı olması zaman-zaman bu balansa təsir edib:
"Erməni diasporunun güclü dayaqlara sahib olduğu Argentinada doğulan I Fransiskin müəyyən təsirə düşdüyünü demək mümkündür. O, Papa olmadığı 2010-cu ildə argentinalı ravvin Avraam Skorka ilə birlikdə qələmə aldığı “Cənnətdə və dünyada” (Sobre el Cielo y la Tierra) adlı kitabında qondarma “erməni soyqırımı”ndan bəhs edir, türkləri nasistlərə bənzədirdi. Ümumiyyətlə, onun Argentinadakı fəaliyyətində erməni iddialarına dəstəyinə dair məlumatlar az deyil. Papa seçildikdən sonra isə balanslı yanaşma sərgiləyib ki, bu da Vatikanın siyasətindən qaynaqlanıb. Buna rəğmən, I Fransiskin Papa kimi Cənubi Qafqaz siyasətində balansın Ermənistanın xeyrinə pozulması kimi hallar da diqqətdən qaçmır. 2016-cı ildə regiona səfər edən Papa Azərbaycan və Gürcüstanı Ermənistandan ayırmışdı. İyun ayında reallaşan səfər proqramında regionun hər üç ölkəsinə - Azərbaycana, Gürcüstana, daha sonra Ermənistana ziyarət nəzərdə tutulsa da, Papa birbaşa İrəvana getdi. Bakı və Tbilisiyə səfər üç ay təxirə salındı".
Analitikə görə, Fransiskin siyasətində və şəxsi yanaşmalarında erməni amili müəyyən qədər nəzərə çarpırdı:
"O, 44 günlük müharibə və sonrasında da ermənilərin müdafiəsinə yönəlmiş açıqlamalar vermişdi. Lakin bütün bunların Bakı-Vatikan münasibətlərinə mənfi təsir etmədiyi də reallıqdır. Hətta Azərbaycanın Vatikanla münasibətlərinin səviyyəsi Ermənistanda zaman-zaman narahatlıq yaradıb. Aprelin 10-da Müqəddəs Taxt-Tacın Qriqorian Pontifik Universitetində “Azərbaycanda xristianlıq: tarix və müasirlik” mövzusunda keçirilən 12-ci beynəlxalq elmi konfrans və azərbaycanlıların Qərbi Azərbaycandan deportasiyası, bütün toponimlərin dəyişdirilməsi, alban kilsələrinin belə erməniləşdirilməsinə toxunulması İrəvanda narahatlıq yaradan sonuncu hallardan biridir. Yeni Papanın kim olmasından asılı olmayaraq, Bakı-Vatikan münasibətlərinin əvvəlki səviyyədə davam edəcəyi gözləntisi daha çoxdur, keçmiş təcrübə belə düşünməyə əsas verir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Pezeşkian: Qonşularla münasibətlərdə bir çox problemi həll etmişik
00:57 08.08.2026
Region
Fövqəladə vəziyyət: Seutaya növbəti kütləvi miqrant axını...
22:40 07.08.2026
Dünya
Zelenski ilk dəfə Serbiyaya səfər edib
22:02 07.08.2026
Dünya
ABŞ Senatı Rusiya və İrana qarşı sanksiyaları təsdiqləyib
21:47 07.08.2026
Dünya
Bessent İranla 60 günlük atəşkəs imkanını istisna etməyib
21:35 07.08.2026
Dünya
"Real Madrid"in 18 yaşlı futbolçusu İtaliya klubuna keçdi
20:51 07.08.2026
Futbol
Barış Mançonun müəllif hüquqları məhkəməyə daşındı
20:50 07.08.2026
Mədəniyyət
Türkiyə XİN: Yunanıstanın Egey planı birtərəfli addımdır
20:43 07.08.2026
Region
ABŞ-İran arasında müvəqqəti atəşkəs gözlənilir
20:10 07.08.2026
Dünya
Qərbi Nil virusu həyəcanı: 6 nəfər ölüb, yoluxmalar artır
19:51 07.08.2026
Sağlamlıq
"Qarabağ"dan Elvin Cəfərquliyev açıqlaması
19:43 07.08.2026
Futbol