Payızda keçməyən allergiya və öskürəyə diqqət edin!
10:05 07.10.2025
Sağlamlıq
328
Payız fəslində bəziləri sərin havanın ləzzətini çıxararkən, digərləri allergik reaksiyaların yaratdığı çətinliklərlə üzləşir. Mütəxəssislər bu havalarda diqqətli olmağın vacibliyini vurğulayaraq xəbərdarlıq edirlər.
Sherg.az xəbər verir ki, Star TV-yə danışan mütəxəssis, professor Dr. Ergün Tozkoparan, havaların soyuması ilə daha aydın şəkildə özünü göstərən allergiya simptomlarına qarşı xəbərdarlıq edib. Tozkoparan bildirib ki, xüsusilə gecələr başlayan öskürəklər ən çox rast gəlinən allergiya əlamətləri sırasındadır.
Mütəxəssis əlavə edib ki, bu vəziyyət astma tutmalarını da tətikləyə bilər və nəticədə nəfəs darlığı, fitvari (xırıltılı) tənəffüs müşahidə oluna bilər.
Prof. Dr. Tozkoparan qeyd edib:
“Xüsusilə ağır siqaret çəkən şəxslərdə KOAH-a (xroniki obstruktiv ağciyər xəstəliyi) bənzər klinik mənzərə də əlavə olunubsa, allergiya ilə birlikdə KOAH tutmaları tətiklənə bilər və bu insanlarda astma tutmaları daha ağır keçə bilər.”
“Allergiyanın yüngül keçməsi üçün nə etməli?” sualına cavab verən mütəxəssis belə deyib:
“Burada əsas prinsip budur: nə qədər az məruz qalma, bir o qədər az simptom riski. Xüsusilə çox küləkli havalarda evləri havalandırmaq düzgün deyil. Polenlərin içəri girməməsi üçün hepa filtrli hava təmizləyicilərindən istifadə etmək olar. Omeqa-3 ilə zəngin qidalanma allergik reaksiyaların qarşısını almağa kömək edir. Polen maskaları isə ağır allergiyası olan insanları qoruya bilər.”
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm