Bu institutun direktoru vəzifəsindən azad edildi

Mikrobiologiya İnstitutunun direktoru vəzifəsini icra edən təyin edilib.
AMEA-dan  verilən məlumata görə, Mikrobiologiya İnstitutunun direktoru, akademik Məmməd Salmanov öz xahişi ilə tutduğu vəzifədən azad olunub.

İnstitutun direktoru vəzifəsinin icrası elmi işlər üzrə direktor müavini, AMEA nın müxbir üzvü Pənah Muradova həvalə edilib. Bu haqda qərarlar AMEA Rəyasət Heyətinin mayın 8-dəki onlayn iclasında qəbul olunub.