Rusların araşdırması ümid verir: 30 dərəcədən yuxarı temperaturda...


Koronavirusun yoluxucu təsirinin isti havalarda aşağı düşdüyü  ehtimalı tez-tez səslənir.

Sherg.az xarici mediaya istinadən  xəbər verir ki, Rusiya İnsan Sağlamlığı və İstehlakçıların Hüquqlarının Müdafiəsi Agentliyinin (Rospotrebnadzor) apardığı son araşdırmaya görə, Kovid-19 istiləri heç sevmir və 30 dərəcədən yuxarı  temperaturda  yoluxuculuq qabiliyyətini  tamamilə itirir.

Bundan əlavə, araşdırmada günəş şüaları ilə aşağı rütubət nisbətinin virusu əngələdiyini  və virusun 70 dərəcədən yüksək temperaturda tamamilə təsirsiz olduğu müəyyənləşib.

Bu araşdırma, havanın istiliyinin 50 dərəcəyə yüksəldiyi "ən isti qitə" kimi tanınan Afrika üçün "bir ümid" ola bilər. Cəmi 57 844 hal ilə Afrika qitəsində, Kovid-19 səbəbiylə ölənlərin sayı 2154-dür.

Turan