Nazir özünə müşavir təyin etdi

Gənclər və İdman Nazirliyində yeni təyinat olub.
Unikal.org-un məlumatına görə, nazir Fərid Qayıbovun müvafiq əmri ilə Ramil Cabbarov nazirin müşaviri təyin edilib.
Qeyd edək ki, R.Cabbarov buna qədər Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Karyera Mərkəzinin direktoru vəzifəsində çalışıb.