Ombudsman: "Amnistiya Aktının qəbul edilməsi humanist addımdır"

"Amnistiya Aktının qəbul edilməsi humanist addımdır".
Bunu "Report"a Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva deyib.
O vurğulayıb ki, Prezident İlham Əliyev tərəfindən belə bir humanist addımın atılması neçə insanın, ailənin sevincinə səbəb olur: "Biz bunu alqışlayırıq. Həmçinin, bu ilin martında Prezident İlham Əliyev tərəfindən əfv sərəncamı imzalanmışdı".