“Ermənistan hərbi-siyasi rəhbərliyi 44 günlük müharibədən nəticə çıxarmayıb”

“Ermənistan hərbi-siyasi rəhbərliyinin  44 günlük müharibədən özləri üçün hələ də nəticə çıxarmayıblar”.
Bu barədə “Sherg.az”a erməni hərbçilərinin bugünkü təxribatlarından danışarkən hərbi ekspert  Ədalət Verdiyev bildirib.

 O qeyd edib ki, rəsmi İrəvanın növbəti dəfə sarsıdıcı məğlubiyyətə uğraması qaçılmazdır:

“Son məlumatlara görə erməni  tərəfin əsir olaraq 10 itkisi mövcuddur.  Yaralıların sayı isə ondan az deyil. Düşmən texnikalarının və tank əleyhinə vasitələrinin də sıradan çıxarıldığına dair rəsmi məlumatlar var . Yaxın saatlarda qarşı tərəfdən itkilərin daha çox olacağına  dair  məlumatlar alacağıq”.