Qazaxda 20 yaşlı gənc tənəffüs çatışmazlığından xəstəxanada ölub


Qazaxda xəstəxanada ölüm hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, 2002-ci il təvəllüdlü M.Abbasov ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Müayinə zamanı ona tənəffüs çatışmazlığı diaqnozu qoyulub.
Həkimlərin səyinə baxmayaraq, 20 yaşlı gəncin həyatını xilas etmək mümkün olmayıb.

Ölüm hadisəsi ilə bağlı araşdırma aparılır.