Qazax şəhidini TORPAĞA TAPŞIRDI - FOTOLAR+VİDEO

Sentyabrın 12-dən-13-nə keçən gecə düşmən təxribatının qarşısını alarkən qəhrəmancasına şəhidlik zirvəsinə ucalan Qazax rayon Daş Salahlı kənd sakini Azərbaycan Silahlı Qüvvələrinin giziri  Kərimov Azad Zakir oğlu torpağa tapşırılıb. 


13: 30

Sentyabrın 12-də gecə saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribatlar törədib

Təxribatın qarşısı alınarkən Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub. 

Onlar arasında Qazaxın Daş Salahlı kənd sakini gizir  Kərimov Azad Zakir oğlu da var. Hazırda gizir şəhidlə vida mərasimi keçirilir.

Qeyd edək ki, şəhidimiz ailəlidir, iki azyaşlı övladı var.

Allah rəhmət eləsin!