Kimsəsiz ŞƏHİDƏ: Qapıları günəşə açılan zaman cəftəsi əlində qaldı! - FOTO\VİDEO + REPORTAJ

Sentyabrın 12-də gecə saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədidində Ermənistan tərəfindən təxribat törədilib. Təxribatın qarşısı alınarkən Azərbaycan Ordusunun 50 hərbi qulluqçusu şəhid olub. 
"Sherg.az" xəbər verir ki, bu gün şəhid olan igidlərdən biri Səbuhi Əhmədovla vida mərasimi keçirilib. Valideyn himayəsindən məhrum olmuş Səbuhi SOS uşaq evinin yetirməsidir. İkinci Fəxri Xiyabanda dəfn olunan S.Əhmədovun dəfn mərasimində xeyli sayda insan, ictimaiyyət nümayəndələri və sadə vətəndaşlar iştirak edirlər. Kimsəsiz şəhidimizin dəfnində izdiham yaşanıb.