Deputatdan sərt açıqlama: “Rəsmi Paris Azərbaycandan üz istəməlidir”

“Fransa hökuməti məsələdə birbaşa məsuliyyət daşıyır” 

“Onlar Azərbaycan hüquq-mühafizə orqanları ilə birgə həmin cinayətkarları tapıb məsuliyyətə cəlb etməlidir”


Ermənilər Azərbaycanın Fransadakı səfirliyinə basqın ediblər. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Görüntülərdən aydın olur ki, sərfirliyimizin əməkdaşı tək başına həmin hücumun qarşısını alıb. Fransanın hüquq-mühafizə orqanları isə hadisəyə müdaxilə etməyib.
Qeyd edək ki, Azərbaycanın Fransadakı səfirliyinin inzibati binasına radikal erməni qrup üzvlərinin hücum etməsi faktı ilə bağlı cinayət işi başlanılıb.

Millət vəkili Asim Mollazadə məsələ ilə bağlı “Sherg.az”a danışarkən bildirib ki, Fransada Azərbaycan səfirliyinə qarşı cinayət törədilib: 

“Fransa hüquq-mühafizə orqanları bu cinayət qarşısını almadığı üçün bütün beynəlxalq hüquq normalarını pozub. Fransa hökuməti məsələdə birbaşa məsuliyyət daşıyır. 
Onlar Azərbaycan hüquq-mühafizə orqanları ilə birgə həmin cinayətkarları tapıb məsuliyyətə cəlb etməlidir. Rəsmi Paris Azərbaycan səfirliyini belə bir təhlükə qarşısında qoyduğu üçün Azərbaycandan üz istəməlidir”. 
Qeyd edək ki, Azərbaycan Baş Prokurorluğunun Mətbuat Xidmətindən verilən məlumata görə, səfirliyin inzibati binasına radikal erməni qrup üzvlərinin hücum etməsi faktı ilə bağlı cinayət işi başlanılıb.