"Nə əxlaqa, nə də insanlığa sığır" - Ərdoğan sərt DANIŞDI

Müğənni Onur Şenerin qətli ilə bağlı danışan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan məsələdən sui-istifadə edildiyini bildirib.

Sherg.az  musavat.com-a istinadən bildirir ki, Ərdoğan qeyd edib ki, musiqiçinin qətlini siyasiləşdirmək nə əxlaqa, nə də insanlığa sığır.

"Cinayətkarların layiq olduqları cəzanı almaları üçün işin gedişatını izləyəcəyəm", - Türkiyə lideri qeyd edib.

Qeyd edək ki, Onur Şener Ankara şəhərində əyləncə mərkəzlərinin birində müştərilərin istədiyi mahnını bilməməsinə görə qətlə yetirilib.

Hadisə ilə bağlı 3 nəfər saxlanılıb, araşdırma davam edir.