Azərbaycan torpaqlarında ekoloji terror baş verir, milli sərvətlərimiz talanır QHT sədri 

QHT sədri: Yeddi gündür davam edən aksiyamızın səbəbini dünya ölkələri də bilir

Yeddi gündür davam edən aksiyamızın səbəbini nəinki Azərbaycan, hətta dünya ölkələri də bilir.

Bu fikriləri AZƏRTAC-a müsahibəsində "Ekoloji Maarifçilik və Monitorinq” İctimai Birliyinin sədri Qəmzə Yusubova söyləyib.

QHT sədri qeyd edib ki, Azərbaycan torpaqlarında ekoloji terror baş verir, milli sərvətlərimiz talanır. “Bununla bağlı biz ilk gündən Rusiya sülhməramlı kontingentinin rəhbərinə müraciət etmişik. Bilirlər ki, dinc şəkildə aksiya keçiririk. Tələbələrimiz ondan ibarətdir ki, ölkəmizin müvafiq qurumları ərazilərimizdə ekoloji monitorinq apara bilsinlər. Çünki bizim qızıl-mis yataqlarımız mənimsənilir. Bunun da nəticəsində ətraf mühitə kütləvi şəkildə ziyan dəyir, biomüxtəliflik məhv olur. Bu da ekoloji problemlərlə nəticələnir”, - deyə Q.Yusubova bildirib.