"Gəl, görüşək” - Tom Kruz keçmiş sevgilisinə xəbər göndərdi

  Həyat yoldaşı Keti Holmsla 2012-ci ildə yolları ayrılan Hollivud “ulduzu” Tom Kruz yeni sevgi münasibətləri axtarışındadı. Dünya şöhrətli pop “ulduz” Şakiradan rədd cavabı alan məşhur aktyor indi də keçmiş sevgilisi, kolumbiyalı aktrisa Sofiya Vergarla yenidən bir araya gəlmək istəyir. “Şərq” “Milliyet.com.tr”yə istinadən bildirir ki, bu barədə “Mirror” xəbər yayıb. Xəbərdə bildirilir ki, Sofiya Vergar həmkarı Joe Manganiello ilə 2015-ci ildə ailə qurub. Lakin cütlüyün boşanacağı xəbəri bu günlərdə yayılıb. Bunun ardınca Tom Kruzun Sofiyaya yenidən görüşmək təklifi yolladığı xəbəri də yayılıb. “Page Six”in xəbərinə görə, Sofiya Vergarla Joe Manganiello boşanma qərarı haqqında bunları söyləyib: “Boşanmaq kimi çətin bir qərar vermişik. Biz bir-birini çox sevən və önəm verən iki insanıq. Həyatımızın bu şətin mərhələsində, lütfən, sizdən məhrəm məsələlərə sayğılı yanaşmağınızı xahiş edirik”. “Mirror”da yayımlanan xəbərə görə, Tom Kruzla Sofiya Vergarın qısa da olsa, romantik keçmişi var. Sadəcə, o zaman Sofiya münasibətlərinin uzun vədəli olmasını istəməyib. T.Kruz da Keti Holmsla evlənib. Amma gözü yenə də Sofiyada “qalıb”. İndi isə Tom Kruz keçmiş sevgilisini yenidən geri qaytarmaq istəyir. Aktrisanın boşanmaq qərarı da aktyoru ürəkləndirib və ona Sofiyaya yenidən “gəl, görüşək”, mesajı göndərib.