Termometrlər 48 dərəcəni göstərdi: Küçələr boş qaldı

Türkiyənin Adana, Mersin, və Hatay şəhərlərində 40 dərəcəni aşan hava istiliyi hər kəsə mənfi təsir edib. Sherg. az türk mediasına istinadən xəbər verir ki, termometrlər Osmaniyedə 48, Adanada 45 dərəcəni göstərib, küçə və prospektlər boş qalıb.

Havanın temperaturunun 45 dərəcəyə çatdığı Adanada şəhər sakinləri kölgəli ərazilərə üstünlük verib.

Osmaniyedə günorta saatlarında temperatur 45 dərəcəyə qalxıb. Küçələrdə termometrlər 48 dərəcəni göstərib, həddindən artıq istilər səbəbindən küçələr boş olub.

Küçəyə çıxan şəhər sakinləri kölgəli yerlərdə vaxt keçiriblər.