Britaniya və Rusiya savaş  təyyarələri qarşı-qarşıya gəlib

Britaniya Kral Hərbi Hava Qüvvələrinə (RAF) məxsus Eurofighter Typhoon savaş  təyyarələri Şotlandiyanın şimalında uçan iki "Tupolev Tu-142" tipli Rusiya dəniz patrul və bombardmançı təyyarəsinə cavab verib və onların keçidini izləyib.

Sherg.az xarici mediaya istinadən xəbər verir ki, Şotlandiyanın Lossimut bazasından qalxan reaktiv təyyarələr beynəlxalq hava məkanında Rusiya təyyarələrinin keçişini müşayiət edib.  İngiltərənin Silahlı Qüvvələr üzrə Dövlət naziri Ceyms Heappeyin hadisə ilə bağlı açıqlama verib. O, qeyd edib ki, sözügedən bazadakı reaktiv təyyarələr Britaniya hava məkanını daim nəzarətdə saxlayır: "Tayfun reaktiv təyyarələrinin pilotları bu səhər iki uzaqmənzilli Rusiya bombardmançı təyyarəsinin qarşısını almaq üçün havaya qalxıblar. Hər hansı potensial təhlükəyə qarşı  hazır vəziyyətdə olublar".

Eurofightre Typhoon təyyarəsinin pilotu isə bildirib ki, iki Rusiya təyyarəsi Böyük Britaniyanın nəzarət zonasını tərk edənə qədər izlənilib.