Savaşın gedişini dəyişəcək: Zelenski istədiyini aldı 


Ukrayna prezidenti Volodimir Zelenski  Hollandiyaya səfərə gedib. 
 
Sherg az xarici KİV-lərə istinadən xəbər verir ki,  Zelenski Hollandiyanın Ukraynaya "F-16"-ları tədarük edəcəyini açıqlayıb.
 
Hollandiyanın lazımi təlimdən sonra Ukraynaya 42 təyyarə təslim edəcəyini bildirən Zelenski, “Bu gün Ukraynanın hava hücumundan müdafiəsini gücləndirmək üçün daha bir addım atırıq. "F-16"-lar rus terrorçularını Ukraynanın şəhər və kəndlərindən uzaqlaşdırmaq üçün istifadə edəcəyimiz təyyarələrdir. 

Mark Rutte ilə pilotlarımızın və mühəndislərimizin, 42 təyyarənin təlimindən sonra Ukraynaya tədarük ediləcək F-16-ların sayı barədə razılığa gəldik. Bu hələ başlanğıcdır. Hollandiyaya təşəkkür edirəm” deyə bildirib.


Baş nazir Rutte də görüşlə bağlı sosial media platformasında açıqlama verib. O,  Hollandiya və Danimarkanın lazımi şərtlər yerinə yetirildiyi zaman "F-16" təyyarələrini Ukraynaya göndərməyi öhdəsinə götürdüyünü açıqlayıb:
“Biz ABŞ və digər beynəlxalq tərəfdaşlarımızla sıx əməkdaşlıq edirik”. 

Rutte sözügedən qərarla bağlı daha sonra bunları deyib:

"Bu, Ukraynaya dəstəyimizin  növbəti addımıdır.  Biz nəyin bahasına olursa-olsun, nə qədər uzun çəkir-çəksin Ukraynaya hərbi dəstək, humanitar yardım və yenidənqurma səylərimizi  davam etdirəcəyik."


Hollandiya Müdafiə Nazirliyi avqustun 18-də Hollandiya tərəfindən F-16 döyüş təyyarələrinin Ukraynaya çatdırılmasının ABŞ tərəfindən təsdiqləndiyini açıqlayıb.

"Biz ABŞ-ın "F-16" döyüş təyyarələrinin Ukraynaya çatdırılmasına razılıq verməsini alqışlayırıq. Bu, bizə ukraynalı pilotların təlimini başa çatdırmağa imkan verir", - müdafiə naziri Kajsa Ollonqren açıqlamasında bildirib. O, növbəti addımlar üçün Avropalı tərəfdaşları ilə əlaqə saxladıqlarını bildirib.

Hollandiyanın xarici işlər naziri Wopke Hoekstra amerikalı həmkarı Antoni Blinkenə əməkdaşlığa görə təşəkkür edib və "Bu addım Ukraynanın öz xalqını və ölkəsini müdafiə etməsi üçün mühüm mərhələdir" deyib.