Qarabağdakı xunta əmri Rusiyadan alır  - Gərginlik artır 

"Kremlin maraqları  Ağdam-Xankəndi yolunun açıldığını göstərməklə Laçın yolunun açılmasını təmin etmək idi"

Qarabağdakı xuntanın davranışları, atdığı addımlar sülh prosesini ləngidir. Azərbaycan tərəfi  məsələnin həlli yolunda istəklidir və bu istiqamətdə işlər görməkdə davam edir. Bildiyimiz kimi rəsmi Bakı dəfələrlə danışıqlar və reinteqrasiya çağırışları edib.

  Erməni xuntası tərəfindən isə çağırışlar hər dəfəsində qulaq ardı edilərək, qəbul olunmur. Həmçinin Azərbaycan tərəfi istək və tələblərinin yerinə gətirilməsi təqdirində bütün kommnukasiyala yollarının açılacağını bildirsə də onun istəkləri yerinə gətirilmədi. Hətta Xandəndidə yaşayan  erməni sakinlər üçün dəfələrlə ərzaq yardımı göndərildi, amma göndərilən TIR-ların önü kəsildi və yüklərdən imtina olundu. Hazırda isə bölgədə ciddi şəkildə təhlükəli hərəkətlilik var. Sərhədlərə yığılan hərbi qüvvələr və texnika, həmçinin müşahidə edilən səngər qazıntıları təsdiq edir ki, xunta ərazidə təhlükə yaratmaqda davam edəcək.

Mövzu ilə bağlı “Sherg.az”a açıqlama verən politoloq Natiq Miri bildirib ki, onların rəsmi Bakının danışıq istəklərini qəbul etməməsinin əsas səbəbi öz müqəddaratlarını özlərinin həll etmək iqtidarında olmamasıdır: 

“Xunta adlandırılan separatçı quldur rejimi heç vaxt müstəqil siyasət yürütməyib. Onların ipləri hər zaman xarici güc mərkəzlərinin əlində olub. Qarabağdakı xunta adlandırılan bu rejim Rusiya tərəfindən idarə olunur. Bildiyimiz kimi məhz Rusiyanın təkidi ilə Araik Arturyan və onun komandasını yola saldılar. Bu gün Ermənistan hökümətinin maraqlarını ifadə edən rejimdən, daha doğrusu komandadan demək olar ki, əsər-əlamət qalmayıb. Hazırda Rusiyanın xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən şəxslərdən ibarət siyasi bir  komanda formalaşdırılıb. Sözü gedən komanda isə əmri biləvasitə Rusiyadan alır. Eyni zamanda Fransa, ABŞ ,hətta İran belə bu separatçı rejimə təsir imkanlarına sahibdir. Ona görə də indiki vəziyyətdə bu quldur rejimin müstəqil qərar verərək Azərbaycanla anlaşması istəsə belə  mümkün deyil”. 

Politoloq bu qüvvələr üçün erməni əhalisinin vəziyyətinin maraqlı olmadığını  vurğulayıb:

“Bu cinayətkar ünsurlar hər zaman erməni əhalisindən siyasi qazanc amili olaraq istifadə ediblər.  Arturyan kimi cinayətkarlar uzun müddət Ermənistandan və bütün erməni lobbilərindən gələn milyonlarla dolları çox rahatlıqla mənimsəyib və həzm aparatından keçiriblər. Bunun hesabından varlanmış insanlar indidə sözügedən prosesin davamında maraqlıdırlar. Təkcə Ermənistan büdcəsi ildə 360 milyon separatçı rejimə pul ayırır”. 

N.Miri qeyd edib ki, Azərbaycanın Qızıl Aypara cəmiyyəti ilə Rusiyanın Qızıl Xaç cəmiyyətinin anlaşması çərçivəsində ərzaq dolu TIR Rusiyadan Xankəndinə gəlib çıxa bildi: 

“Bu Azərbaycanın qismən maraqları konteksdində idi. Belə ki,  Ağdam-Xankəndi  yolunun işlək vəziyyətə düşməsi üçün nümunə rolunu oynayırdı. Digər tərəfdən Azərbaycan bununla beynəlxalq birliyə göstərdi ki, bölgədə  aclıq və səfalətdən söhbət gedə bilməz. Azərbaycan hər zaman öz ərazisində yaşayan Qarabağdakı erməniləri ərzaqla təmin etməyə hazırdır. Humanitar yardım adı altında bölgəyə göndərilən TIR-lar sadəcə şou xarakterlidir. Rusiyanın maraqları isə Ağdam-Xankəndi yolunun açıldığını göstərməklə Laçın yolunun açılmasını təmin etmək idi.  Rusiya bununla yenidən Qarabağda komnukasiyalara nəzarət əldə etmək, həmçinin Qarabağ icması ilə rəsmi Bakı arasında gedə biləcək  danışıqlara nəzarət imkanını təmin etmək istəyirdi. Ancaq Azərbaycan suni erməni əngəlinin yaradılmasınən arxasında  Rusiyanın durduğunu anladı və Laçın yolunu açmadı”. 
“Sentyabrın 1-də ABŞ ın moderatorluğu ilə Azərbaycan və Ermənistan arasında  anlaşma əldə olunmuşdu. Anlaşmaya görə Ağdam-Xankəndi yolu ilə Rusiya deyil, Beynəlxalq Qızıl Xaç cəmiyyəti ərzaq dolu TIR-ları müşaiyət etməli idi. Rusiyanın Ermənistana olan təkidi ilə bu anlaşma baş tutmadı. Hazırda bölgədə gedən bu qarşıdurmalara əsas səbəb Rusiyadır. Bölgədə təxribatlar davam edir və Azərbaycan Beynəlxalq hüquqdan irəli gələn özünü müdafiə haqqlarından istifadə edərək təxribatlara lazimlı cavabı verir”-deyə politoloq əlavə edib.