Azərbaycanı Talıban hakimiyyəti  ilə hələ münasibətlər qura bilməz - ŞƏRH

Bu məsələdə də  qardaş Türkiyənin atdığı addımlar Bakı üçün önəmli olacaq

Talıban hakimiyyəti  Ermənistanla müharibədə Azərbaycanı dəstəkləyirik.

"Azərbaycanın məsələsi ölkənin ərazi bütövlüyünü müdafiə etməkdir və Taliban Azərbaycanın bu yanaşmasını dəstəkləyir”.

Bu barədə Taliban rejiminin sözçüsü Zəbihullah Mücahid deyib. 

Taliban sözçüsü Kabildə Azərbaycan səfirliyini, Bakıda isə Taliban səfirliyini açmağa hazır olduqlarını bildirib.

Z. Mücahidin fikirlərinə münasibət bildirən politoloq  Sədrəddin Soltan "Sherg.az"a açıqlamasında bildirib ki, Əfqanıstan və Azərbaycan arasında tarixən çox yaxşı münasibətlər olub:

"İstər Azərbaycan Xalq Cümhuriyyəti dövrü, istərsə də müstəqilliyin bərpasından sonrakı dövr əlaqələr olub. Həmçinin SSRİ vaxtında da sovet Azərbaycanı  və Əfqanıstanarasında əlaqələr  normal olub. Əfqan gəncləri Bakıda müxtəlif universitetlərdə təhsil alıb.  Amma Əfqanıstan da hakimiyyət dəyişiklikləri, xüsusilə də son illərdə Talibanın hakimiyyətə gəlməsi sonra hakimiyyətdən devrilib yerinə mülki hakimiyyətin gəlməsi və yenidən Talibanın hakimiyyəti ələ alması  Azərbaycan və Əfqanıstan arasında münasibətlərdə problemlər yaradıb. Problemlərin başlıca səbəbi Əfqanıstanda Talibanın hökümətinin dünya dövlətləri tərəfindən tanınmasıdır. Taliban hökümətinin tanınmaması həm də, ölkələrarası iqtisadi, ticarət əlaqələrinə də mənfi təsir göstərir. Məsələn, bundan əvvəlki hərbi yolla devrilmiş hakimiyyət zamanı Azərbaycan ilə Əfqanıstan  arasında bütün sahələrdə  əlaqələr mövcüd olub.  Hətta səfirliklər belə fəaliyyət göstərmək üzrə idi. Amma Talibanın hakimiyyəti gəlişi yenidən vəziyyəti dəyişdirdi. Əgər gələcəkdə dünya dövlətləri Talibanı tanısa, Azərbaycan da onu qəbul edə bilər. Bunun üçün Taliban Beynəlxalq İctimaiyyətin onun qarşısında qoyduğu şərtlərə əməl etməlidir. Bu tələblər xüsusən İnsan Hüquqları sahəsi  və  qadınların  azadlığıdır. Onların təhsil alması, orta məktəbdə oxuması və.s bu  tip məsələlərdir. Eləcədə şəriət qaydaları adı altında insanlara işgəncələrin verilməsinin qarşısının alınmasıdır. Taliban hakimiyyəti bu tələblərə əməl edəcəyi halda dünya dövlətləri və Azərbaycan Taliban hökümətini tanıya bilər. Həmçinin bu tip məsələlərdə Azərbaycan Türkiyə ilə birgə addım atır. Bu məsələdə də  qardaş ölkənin atdığı addımlar Azərbaycan üçün önəmli olacaq. Eyni zamanda nəzərə alaq ki, Əfqanıstan ərazisində türklər, özbəklər, türkmənlər, Azərbaycan türkləri, qırğızlar, qazaxlar yaşayır. Onların hüquqlarının  qorunması məsələsi də Azərbaycan,Türkiyə və digər türk dövlətləri üçün  maraqlıdır. Azərbaycan tərəfi prospektivdə Türkiyə və başqa türk dövlətləri ilə birlikdə Əfqanıstandakı türklərin haqlarının müdafiəsi məsələsini  Əfqanıstandakı  hakimiyyət qarşısında irəli sürə bilərlər".