Yevlax görüşündəm GÖZLƏNTİLƏR  - RƏY

Danışıqlarda Azərbaycan vətəndaşları olacaq ermənilərin reinteqrasiyası məsələsi müzakirə olunacaq

  Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
  Bu əldə olunan razılaşmanın Ali Baş Komandan İlham Əliyevin və Azərbaycan ordusunun növbəti tarixi uğuru olduğunu deyən Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli “Sherg.az"a bildirib ki, hər bir ölkənin rəhbərinin əsas missiyası öz vətəndaşının maksimum şəkildə az itkisi ilə düşmən üzərində qələbəyə nail olmaqdır:

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bunu bacardı. 3 il hazırlaşan qüvvə cəmi 24 saat içərisində təslim oldu. Hazırda Azərbaycanın suverenliyinin bərpasında çox önəmli bir addım reallaşmaq üzrədir”.
  Ə.Əlibəyli Yevlax görüşünün rəsmi görüş olduğunu vurğulayıb:
“Bu görüşdə Azərbaycanın konstitusiyasını qəbul edəcək və Azərbaycan vətəndaşları olacaq ermənilərin reinteqrasiyası məsələsi müzakirə olunacaq. Bu görüşdə 3-cü tərəf yoxdur. Prezident İlham Əliyev dərhal separatizmin ləğv olunmasını tələb etdi. Separatizmin tör-töküntüləri ölkədən çıxmalıdır və Azərbaycan reinteqrasiyanı başlamalıdır. Bunun üçün də Azərbaycan tərəfi dialoq pəncərəsini Yevlaxda açdı. Hazırda Ermənistanda vəziyyət kifayət qədər kritikdir. Paşinyan tərəddüd içərisindədir. Onun taleyini Rusiya-Amerika toqquşması həll edəcək kimi görünür”.