Bolqarıstan Prezidenti: Çox şadıq ki, Azərbaycan COP29-a ev sahibliyi edəcək

Rusiya bütün Avropa İttifaqı üzvlərinin COP29-a ev sahibliyi etməklə bağlı namizədliyinə veto qoydu.

APA-nın Serbiyaya ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, bunu jurnalistlərə açıqlamasında Bolqarıstan Prezidenti Rumen Radev bildirib.
Rumen Radev bildirib ki, COP29-a ev sahibliyi etməklə bağlı yeganə namizədlər Azərbaycan və Ermənistan idi: “Biz çox şadıq ki, Azərbaycan COP29-a ev sahibliyi edəcək. Biz Azərbaycanı dəstəkləyirik”.