ADY-nin fəaliyyəti təkmilləşdiriləcək

Prezident İlham Əliyev “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı bəzi məsələlər haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, Nazirlər Kabineti altı ay müddətində miryol nəqliyyatı vasitələrini idarə etmək hüququnu təsdiq edən vəsiqənin təsvirini, spesifikasiyasını, nümunəsini və verilməsi qaydasını, dəmiryol nəqliyyatı vasitələrini idarə etmək hüququnun verilməsi üçün ixtisas imtahanının təşkili və keçirilməsi qaydasını və dəmiryol nəqliyyatında hərəkətin təşkilində birbaşa iştirak edən şəxslərin vəzifələrinin siyahısını, onların geyim formasını, fərqlənmə nişanlarının təsvirini və daşınması qaydasını təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti dəmiryol nəqliyyatı vasitələrini idarə etmək hüququnun verilməsi üçün ixtisas imtahanlarının təşkilini və keçirilməsini nəzərdə tutulan qaydaya uyğun olaraq təmin etməlidir.