Tokayev Roma Papasına hədiyyə verdi 

Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev bu gün Roma Papası Fransisk ilə Vatikanda görüşüb.

Axar.az xəbər verir ki, Prezident Tokayev Roma Papasına Qazaxıstandakı Karakol gölünün təsviri olan mozaika, həmçinin “Sülh quşu” adlı kiçik suvenir əsərini hədiyyə edib.

Bu hədiyyələr Papanın 2022-ci ilin sentyabrında Dünya və Ənənəvi Dinlər Liderlərinin Qurultayında iştirak üçün Qazaxıstana səfərini xatırladır.