Ehtiyatda olan hərbçilərin toplanışlara çağırılması qaydası dəyişir  - QANUN

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilir.

Sherg.az xəbər verir ki, qanun layihəsi Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunub.

Qanun layihəsinə əsasən, ehtiyyatda olan hərbi vəzifəlilərin tolanışlara cəlb olunması zamanı müvafiq icra hakimiyyəti orqanı toplanışlara cəlb edəcəyi hərbi vəzifəlilərin sayını müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla müəyyən etməlidir.

Qanun layihəsi birinci oxunuşda qəbul olunub.