Kərkükdən Bakıya ilk reys açılıb

Bu gün “İraqi Airways” aviaşirkəti ilk dəfə olaraq Kərkükdən Bakıya uçuşlara başlayıb.
Bu barədə Azərbaycanın İraqdakı səfiri “X“ sosial şəbəkəsindəki hesabında paylaşım edib.
Məlumata görə, gələcəkdə Ərbil-Bakı və Bəsrə-Bakı reyslərin açılışı da planlaşdırılır.
“Bu gün ilk dəfə olaraq Kərkükdən Bakıya uçuş başlayıb. Növbəti sırada Ərbil-Bakı və Bəsrə-Bakı reysləri var”, - paylaşımda qeyd olunur.