ABŞ vətəndaşlarına Azərbaycanla sərhəddə - Qərbi Zəngəzura getməmək barədə xəbərdarlıq edib

ABŞ-ın Ermənistandakı səfirliyinin əməkdaşlarına və onların ailə üzvlərinə xəbərdarlıq edilib.
APA xəbər verir ki, səfirliyin bu gün yaydığı xəbərdarlıqda diplomatik korpusun əməkdaşları və onların ailə üzvlərinə Basarkeçər, Gorus, Qafan və Arazdəyənə səfər etməməyə çağırış yer alıb.
ABŞ vətəndaşlarına Ermənistan-Azərbaycan sərhədində təhlükənin yüksək olması səbəbindən bu ərazilərə getməmək tövsiyə olunur.