Türkiyəli astronavtın Yerə qayıdışı yenə təxirə salındı

“SpeysX” ABŞ-ın Florida ştatındakı əlverişsiz hava şəraiti ilə əlaqədar Alpər Gezeravcı və onunla birgə olan astronavtların Yerə qayıdışını növbəti dəfə ertələyib.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Bildirilib ki, “Dragon” kosmik gəmisi ən tez fevralın 6-da beynəlxalq kosmik stansiyadan ayrılacaq.

Xatırladaq ki, ötən gün “SpeysX” qayıdışın ən tez fevralın 5-nə ertələndiyini açıqlamışdı.