Mərkəzi Amerikada güclü zəlzələ baş verdi

Mərkəzi Amerikada - Salvador Respublikası sahillərində güclü zəlzələ baş verib.
Axar.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) məlumatında deyilir.
Yeraltı təkanların gücü 5,5 bala çatıb.
Zəlzələnin episentri Santa Tekla şəhərindən 79 kilometr cənub-qərbdə yerləşib.

Zəlzələ ocağı 56 kilometr dərinlikdə olub.