Azərbaycanın Türkmənistandakı səfirliyində səsvermə başa çatıb 

Azərbaycanın Türkmənistandakı Səfirliyində seçici fəallığı qeydə alınıb.

APA-nın Mərkəzi Asiya bürosu xəbər verir ki, 7 fevral 2024-cü il - növbədənkənar Azərbaycan Respublikasının Prezident seçkiləri ilə əlaqədar Azərbaycanın Türkmənistandakı Səfirliyində yaradılmış 48 nömrəli seçki məntəqəsində gün ərzində seçicilərin fəal iştirakı ilə nəzərə çarpan səsvermə prosesi yerli vaxtla saat 19:00-da başa çatıb.

Ətraflı

Səfirlikdən verilən məlumata görə, seçkilərdə seçicilərin 90 faizindən çoxunun məntəqəyə gələrək iştirak etdiyi məlum olub.

Seçicilər Türkmənistandakı Səfirliyimizdə ilk dəfə səsvermə üçün yaradılan şəraitə görə məmnun qaldıqlarını bildirib və məntəqə seçki komissiyasının işindən razılıqlarını diqqətə çatdırıblar.

Hazırda məntəqə seçki komissiyasında səslərin hesablanması prosesi həyata keçirilir.