Əliyev vəTokayev Çindən Bakıya konteyner qatarının gəlişini izləyiblər

Martın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Çinin Siyan terminalından Bakının Abşeron stansiyasına konteyner qatarının gəlişi mərasimini videobağlantı ilə izləyiblər.
bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.