Şuşada TDT-yə üzv ölkələrin liderləri Qarabağ Bəyannaməsini imzalayıblar

İyulun 6-da Şuşada Türk Dövlətləri Təşkilatının (TDT) qeyri-rəsmi Zirvə görüşünün Qarabağ Bəyannaməsinin imzalanması mərasimi olub.

Bu barədə "Sherg.az"ın Şuşaya ezam olunmuş əməkdaşı məlumat verib.

Sənədi Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz imzalayıblar.