Tramp: Verdiyim son tarix bu gün bitir, İsrail qərar verməlidir

ABŞ prezidenti Donald Tramp Qəzzada bu gün Həmas tərəfindən azad edilən əsirlərdən birinin Amerika vətəndaşı olduğunu bildirib.

Sherg.az xarici mediaya istinadən xəbər verir ki, “Truth” sosial şəbəkəsində  Tramp bunun keçən həftə heç bir girovu azad etməyəcəkləri ilə bağlı verdiyi açıqlamalardan fərqli olduğunu bildirib.

Tramp: Bu gün İsraildə üç girov azad edilib. Hamısını buraxmaq üçün verdiyim son tarix bu gün saat 12:00-dır. “İsrail bununla bağlı nə edəcəyinə qərar verməlidir.

O əlavə edib ki, ABŞ İsrailin qəbul etdiyi hər hansı qərarı dəstəkləyəcək.