Avtomobili şaxtadan qorumaq üçün sadə üsullar
Yusif Nəzərli
06:43 26.11.2024
Gündəm
365
Avtomobili şaxtadan qorumaq üçün sadə üsullardan istifadə etmək olar
Havaların soyuması avtomobillərə və təbii ki, avtomobil sahiblərinə də bır sıra problemlər yaradır. Xüsusən də əgər avtomobil gecə saatlarında açıq havada park edilirsə, şüşələrin, güzgülərin buz tutacağı, mühərriki don vuracağı ehtimalı da var. Mütəxəssislər bəzi xırda detallara diqqət etməklə zərərdən yayınmanın mümkünlüyünü bildirir. “Sherg.az”“Milliyet.com.tr”yə istinadən xəbər verir ki, avtomobili şaxtadan qorumaq üçün sadə üsullardan istifadə etmək olar. Bunun üçün adi sellofan paket də yetərlidir. Sellofan paketi avtomobilin arxanı göstərən ön güzgüsünə keçirmək aynanın buzlanmasının qatşısını alacaq. Sellofan paketi güzgüyə elə keçirmək lazımdır ki, onu bütünlüklə örtsün. Bununla güzgünün buzlanması problemindən xilas olarsınız. Buzlanmağın qarşısını alan örtüklərdən də istifadə edilə bilər. Avtomobilin ön şüşəsini gecələr xüsusi şüşə qoruyucu örtüklə bağlamaq, şüşəsilənləri isə ön şüşədən aralı vəziytətdə saxlamaq lazımdır ki, rezin ucluqlar şaxtanın təsiri ilə şüşəyə yapışmasın. Avtomobilin pəncərələri və digər səthləri buzlanmadan qoruyan xüsusi spreylər də satılır. Avtomobilin zədələnməsinin qarşısını almaq üçün bu spreylərdən istifadə edə bilərsiniz. Amma kimyəvi məhsullardan istifadə etmək istəmirsinizsə, sirkə ilə suyu qarışdırıb pəncərələrə çiləyə bilərsiniz. Buzlanma təkcə pəncərələrdə deyil, həm də mühərrik sistemlərində müxtəlif problemlər yarada bilər. Mühərrikin soyuducusunda antifriz tərkibini vaxtaşırı yoxlayın. Antifrizin normal səviyyələri mühərrikin donmasının qarşısını alır. Qış mövsümündən əvvəl avtomobilinizə ümumi texniki qulluq etməklə buzlanmaya qarşı tədbir görülməlidir. Alacağınız ehtiyat tədbirləri, qış boyu avtomobildən rahat istifadəyə imkan verəcək. Bu həm iqtisadi cəhətdən sərfəlidir, həm də təhlükəsizlik baxımından vacibdir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Şansınızı qaçırmayın: BÜRCLƏR üçün sentyabrın ən xoşbəxt günü
08:18 02.09.2026
Sosial
Sənədsiz evlərlə bağlı çıxış yolu hansıdır?
07:37 02.09.2026
Cəmiyyət
Britninin filmi çəkilir – onlardan biri oynayacaq
07:00 02.09.2026
Şou
Ödü qatı olanların qanı da qatı olur - Onkoloq
06:26 02.09.2026
Sağlamlıq
Çində süni intellekt səfərbərliyə cəlb ediləcək
04:24 02.09.2026
Maraqlı
“Tottenhem” Mudriki “Çelsi”dən icarəyə götürüb
03:49 02.09.2026
Futbol
Təcavüzdə ittiham olunan şahzadənin anası kraliça oldu
03:13 02.09.2026
Şou
Böyük sinəli qadınlarda bu təhlükəli vəziyyət ola bilər
02:32 02.09.2026
Sağlamlıq
SEPAH: ABŞ-nin MQ9 PUA-sı zərərsizləşdirilib
01:58 02.09.2026
Region
SEPAH: İordaniyadakı ABŞ bazası ballistik raketlərlə vurulub
01:21 02.09.2026
Son dəqiqə
Putindən Ermənistana: İstəsəniz, sabah oradan çıxa bilərik!
00:59 02.09.2026
Region
İran Hörmüz boğazının bağlandığını elan edib
23:40 01.09.2026
Region
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm