“ABŞ-nin yaxın günlərdə İrana zərbə endirmə ehtimalı son dərəcə yüksəkdir. Danışıqlar nəticə verməyəcək kimi görünür”.
Teleqraf xəbər verir ki, bunu erməni politoloq Suren Sərkisyan deyib.
Ekspert bildirib ki, ABŞ-nin İran ətrafındakı hərbi mövcudluğu tarixin ən yüksək səviyyəsinə çatıb:
“Nəzəri olaraq, ABŞ ordusu sabahdan etibarən hərbi əməliyyatlara başlaya bilər. Hərbi mövcudluğun strukturuna əsasən, Pentaqon quru əməliyyatı nəzərdən keçirmir (ən azı hazırda). Əməliyyat haba zərbələri xarakteri daşıyacaq.
Mənim üçün hələ də bir sual açıq qalır: ABŞ ancaq hərbi-iqtisadi infrastruktura zərbə endirəcək, yoxsa məqsəd İran rəhbərliyini devirməkdir? Bir sual da yaranır ki, ABŞ niyə aktiv mitinqlər zamanı İrana zərbə endirmək fürsətini əldən verdi? Çox güman ki, hesablama bundan sonra İran hökumətinin daha zəif olacağı, daha az daxili və xarici dəstək alacağı ilə bağlı olub”, - o bildirib.
Sərkisyan ilk birbaşa ABŞ-İran müharibəsi ehtimalının yüksək olduğunu qeyd edib:
“Bir şey dəqiqdir: müharibə başlasa, bu, tarixdə bu miqyasda ilk birbaşa ABŞ-İran qarşıdurması və ya tammiqyaslı müharibə olacaq. Bunun ehtimalı tarixən ən yüksək səviyyədədir. Danışıqlar nəticə vermir”.