“Nərmin işi”nin qırılma nöqtəsi: İlkinin qardaşı baş prokurora hansı faktları təqdim edib? – ÖZƏL
Yusif Nəzərli
12:15 29.04.2022
Gündəm
23774
Baş prokuror Kamran Əliyev Ağstafa rayonunda vətəndaşlarla görüşü zamanı Tovuzda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanovun qardaşı Adil Süleymanovu qəbul edib.
Adil Süleymanov "Sherg.az"a açıqlamasında deyib ki, görüş zamanı İlkin Süleymanovun təqsirsizliyinə dair bir neçə sübut baş prokurora təqdim edilib:
"Kamran Əliyev cənabları ilə görüşdük. Artıq 3 ilə yaxındır, baş prokurorla görüşmək istəyirdik. Lakin nəticəsiz qalırdı. K.Əliyev Tovuz - Qazax - Ağstafa rayon sakinləri ilə görüş təşkil etmişdi. Müraciətimiz operativ cavablandırıldı, bizim də görüş günümüz müəyyənləşdi.
İlkinin cinayətlə əlaqəli olmadığı barədə məlumat verdik. Kamran müəllim də cinayətə dair informasiyalı olduğunu söylədi. Lazımi qurumlara tapşırıqlar verdi. Əlimizdəki bəzi məlumatları sözügedən qurumlara çatdırmaq məsələsi nəzərə alındı. Ümid edirik ki, hər şey yaxşı olacaq".
Xatırladaq ki, 2019-cu ilin noyabrın 19-dan itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkar edilib.
Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.
İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.
İ.Süleymanova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələr ilə təqsirli bilinərək barəsində cinayət işi açılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır
19:02 23.10.2026
Sağlamlıq
İordaniyada üç silahlı kilsəyə hücum etdi - 7 ölü, 12 yaralı var
18:55 23.10.2026
Gündəm
“Rosaviasiya”: Moskvanın hava məkanı tam bağlanıb
18:47 23.10.2026
Region
“Rosaviasiya”: Moskvanın hava məkanı tam bağlanıb
18:44 23.10.2026
Dünya
Bakıda tıxacları azaltmağın yolu tapıldı - Gözlənilməz təklif
18:28 23.10.2026
Aktual
Azərbaycanın özünü ərzaqla təminetmə səviyyəsi bəlli oldu
17:15 23.10.2026
İqtisadiyyat
İran PA: Mühasirə səbəbindən ölkənin idxalı 25 faiz azalıb
17:12 23.10.2026
Dünya
İrəvan sülh sazişini ləngidərsə, Bakı tədbir görəcək
16:58 23.10.2026
Gündəm
Yasamalda piyada səkisinin zəbt edilməsinin qarşısı alınıb - FOTO
16:56 23.10.2026
Hadisə
Azərbaycanlıların olduğu gəmiyə hücum... - Leyen
16:52 23.10.2026
Dünya
Putini təbrik edən ukraynalı deputata cinayət işi açıldı
16:39 23.10.2026
Dünya
İordaniyada kilsəyə silahlı hücum olub, 7 nəfər ölüb
16:29 23.10.2026
Dünya
Bəluclar Azərbaycana dəstək bəyanatı yaydı
16:24 23.10.2026
Gündəm