Aeroport yolunda qəza, sıxlıq var


Hava Limanından metronun "Koroğlu" stansiyası istiqamətində yol qəzası olub.

Bakı Nəqliyyat Agentliyindən Lent.az -a verilən xəbərə görə, hadisə Heydər Əliyev prospekti mərkəz istiqamətində baş verib. Bu səbəbdən də qəzanın baş verdiyi ərazidə (“Buta Palace”-ın qarşısından Bülbülə döngəsinədək) nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur.