16 yaşlı qız sirkə turşusundan zəhərləndi

Gəncə şəhərində zəhərlənmə faktı qeydə alınıb.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Mahrasa bağı adlanan yaşayış massivində qeydə alınıb. Belə ki, 2004-cü il təvəllüdlü İmamverdiyeva Aytac Elşən qızı zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Ona dərhal lazımi tibbi yardım göstərilib. Hazırda vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, 16 yaşlı qız sirkə turşu içərək zəhərlənib. Onun sirkə turşusunu hansı səbəbdən içməsi məlum deyil. Faktla bağlı araşdırma aparılır.