Tibb bacısına dəstək: Nazir Türkiyəni ayağa qaldıran hadisəyə nöqtə qoydu


 Ankara şəhər xəstəxanasında vəzifəli tibb bacısı Büşra ötən gün Twitterdə, Ankara Böyükşəhər Bələdiyyə başçısı Mənsur Yavaşı tağ edərək, "Başqanım, mənə bir qab aşura ehsanı göndərə bilərsinizmi, təşəkkür edirəm" yazıb.

Başçı Yavaş, "Sevimli qızım Büşra, sənin timsalında şəhər xəstəxanasında çalışan bütün sağlamlıq personalımız üçün aşuralarımız artıq yola çıxır. Allah qəbul etsin, yaxşı ki varsınız" ifadələriylə tibb bacısına cavab verib. Hazırlanan aşura ehsanı da dərhal Ankara şəhər xəstəxanasında vəzifə yerinə yetirən sağlamlıq personalına göndərilib.
Twitterdə bir istifadəçi isə Bələdiyyə başçısı Yavaşın şərhini paylaşaraq, Səhiyyə naziri Fəxrəddin Qocadan tibb bacısının işinə son veriləsini istəyib. İstifadəçinin bu paylaşımı ictimai mediada böyük rezonans doğurub.  Qalmaqaldan sonra tibb bacısı hesabını silmək məcburiyyətində qalıb.
Səhiyyə naziri Fəxrəddin Qoca yaşanan hadisəyə bağlı Twitter hesabından şərh yazıb. Nazir "Büşra qızımızla telefonda danışdım. Tibb işçilərimizin və bütün qadınların haqqlarının sonuna qədər yanında olduğumuzu hər kəs bilsin. Aşura bizim birlik, paylaşma və həmrəylik simvolumuzdur. Bu ənənəni yaşadan hər kəsə sonsuz təşəkkürlər" deyə qeyd yazıb.
Ankara Böyükşəhər Bələdiyyə başçısı Mənsur Yavaş, ondan aşura ehsanı istədiyi üçün ictimai media istifadəçisi tərəfindən təhdid edilən tibb bacısına dəstək verən səhiyyə nazirinin mesajını Twitterdən paylaşaraq, "Hörmətli nazirim, həssaslığınız üçün çox təşəkkürlər" yazıb.
Yavaş, Twitterdən paylaşdığı ikinci şərhində isə bunları yazıb: 
"Yaxşı niyyətlə bizdən ehsan istəyən qızımız Büşranı təhqir edən kəslər haqqında həm şəxsim, həm də Büşra adından Respublika Baş prokurorluğuna cinayət işinin açılması üçün müraciət etdik".

Turan