Kran aşdı: binalara və maşınlara ziyan dəydi - VİDEO - YENİLƏNİB

Bakı Nəqliyyat Agentliyi Nərimanov rayonunda kranın aşması ilə bağlı məlumat yayıb.
Lent.az xəbər verir ki, agentliyin sözçüsü Mais Ağayev hadisə ilə bağlı məlumat paylaşaraq, sürücülərə həmin küçədən istifadə etməmələri və alternativ yollardan keçmələri barədə müraciət edib.

Saat: 14:23

Bakıda tikinti işi aparılan ərazidə kran aşıb.

Lent.az -ın məlumatına görə, hadisə nəticəsində ölən və yaralananlar barədə dəqiq məlumat yoxdur. İlkin məlumata görə, olay Bakı Sağlamlıq Mərkəzi yaxınlığında, Azadlıq prospekti ilə Nəsib bəy Yusifbəyli küçəsinin kəsişməsində baş verib. Yaxınlıqda olan avtomobillərə və yaşayış binasına ziyan dəyib. Hazırda hadisə yerindən canlı yayımı təqdim edirik: