Kran aşan əraziyə nazirliyin müvafiq qüvvələri cəlb olundu - FHN

Bakıda qaldırıcı kran aşdığı əraziyə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri cəlb olunub.
Bunu APA -ya nazirliyin mətbuat xidmətinin rəisi Gülçin Mehdiyeva deyib.
O bildirib ki, ilkin məlumata görə, binaya və bir neçə avtomobilə ziyan dəyib.
Əlavə məlumat veriləcək.