Tovuzda 24 yaşlı gənc Kür çayında batıb


Tovuz rayonunda bir nəfər Kür çayında batıb.

APA -nln yerli bürosunun məlumatına görə, hadisə Kür çayının rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.

Cəlilli kənd sakini, 1996-cı il təvəllüdlü Qasımov Ümid Elçin oğlu Kürdə boğulub.

Meyit çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.