Bakıda intihara cəhdin qarşısı alınıb

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Suraxanı rayonunda 1 nəfər doqquzmərtəbəli yaşayış binasının damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

Nazirlikdən "Şərq"ə verilən məlumata görə, xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.