İtaliyanın ən yaşlı qadın sakini ölüb

İtaliyada ölkənin ən yaşlı qadın sakini dünyasını dəyişib.

“Report” “Italy24news”a istinadən xəbər verir ki, ölkənin ən yaşlı qadın sakini Mariya Oliva 112 yaşında həyatını itirib.

O, ömrünü Siciliya adasında keçirib. Uzunömürlü qadının 8 övladı, 58 nəvə və nəticəsi olub.

112 yaşını 16 apreldə qeyd edən qadın qızının qollarında dünyasını dəyişib.