Bakıda 2 yaşlı körpə hündür mərtəbədən yıxılaraq ağır xəsarət alıb

Bakıda körpə ağır xəsarət alıb.
"Report"un məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb. 2019-cu il təvəllüdlü Əliyev Adil Tərlan oğlu ehtiyatsızlıqdan yaşadığı evin ikinci mərtəbəsindən yıxılaraq xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.