Goranboyda yol qəzası olub, xəsarət alan var

Goranboyda yol qəzası olub.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun Dəliməmmədli şəhəri yaxınlığından keçən hissəsində baş verib.

Biri “Mercedes” markalı olmaqla iki minik avtomobili toqquşub. Xəsarəti daha ciddi olan 1965-ci il təvəllüdlü Dəliməmmədli sakini Əsədova İlhamə Yaşar qızı Gəncə şəhər klinikasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.