Azərbaycanda tanınmış professor vəfat etdi - FOTO


Azərbaycan Hidromexanika və Meliorasiya Elm-İstehsalat Birliyinin baş direktoru, aqrar elmlər doktoru, professor Ağamir Calal oğlu Həşimov vəfat edib.

Bu barədə sosial şəbəkədə məlumat yayılıb.

Bildirilib ki, Ağamir Həşimov Rusiya Təbiət Elmləri akademiyasının həqiqi üzvü idi.

Mərhum 2015-ci ildə su təsərrüfatı və meliorasiya sahəsində səmərəli fəaliyyətinə görə “Əməkdar mühəndis” fəxri adına layiq görülüb.