Gəncə Şəhər Baş Polis İdarəsinin idarə rəisi koronavirusdan vəfat edib

Gəncədə polis zabiti COVİD-19 dan vəfat edib.

APA-nın yerli bürosunun məlumatına görə, Gəncə Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis polkovnik-leytenantı Emin Məmmədov dünyasını dəyişib.

Bildirilib ki, koronavirusa yoluxan E.Məmmədov müalicə alırdı.