Saatlı sakini bıçaqlanıb

Saatlıda 29 yaşlı kişi bıçaqlanıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Saatlı rayonu Sarıcalar kənd sakini, 1992-ci il təvəllüdlü Mirzəliyev Bəhruz Fizuli oğlu münaqişə zəminində tanışı tərəfindən bıçaqlanıb.

B.Mirzəliyev bel nahiyəsinin kəsilmiş-deşilmiş yarası ilə ağır vəziyyətdə Şirvan şəhər xəstəxanasına yerləşdirilib və əməliyyata götürülüb.

Faktla bağlı Saatlı polisi tərəfindən araşdırma aparılır.